Bank Of Baku

Gürcüstan parlamentinin komitələri prezident Saakaşvilinin MDB-ni tərk etmək təşəbbüsünü dəstəkləyib

Gürcüstan parlamentinin komitələri prezident Saakaşvilinin MDB-ni tərk etmək təşəbbüsünü dəstəkləyib
# 14 avqust 2008 14:42 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamentinin dörd komitəsi prezident Mixail Saakaşvilinin ölkənin Müstəqil Dövlətlər Birliyindən çıxması ilə bağlı müraciətini dəstəkləyiblər. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, Gürcüstan prezidentinin müraciətini parlament komitələrinin birləşmiş toplantısında xarici işlər nazirinin müavini Qiqa Bokeriya təqdim edib. Onun sözlərinə görə, MDB-dən çıxmaq Gürcüstanın MDB-nin yaradılması haqqında 8 dekabr 1991-ci il tarixli sazişdən, MDB Nizamnaməsindən və MDB daxilində iqtisadi əlaqələr haqqında sazişdən çıxması deməkdir: “Digər sazişlər isə hələlik qüvvədə qalacaq. Bu üç sənəddən başqa Gürcüstanın imzaladığı 700 sənəd var, lakin bunun MDB-də qalıb-qalmamağa aidiyyəti yoxdur. Bunlar əsasən MDB ölkələri ilə iqtisadi əməkdaşlığı tənzimləyən sənədlərdir”. Qeyd edək ki, prezidentin müraciəti 12 ay ərzində cavablandırıla bilər. Lakin ölkədəki mövcud durumu nəzərə alaraq Gürcüstanın MDB-dən çıxması qısa müddətdə gerçəkləşdirə biləcəyini söyləmək olar. Gürcüstanın MDB-dən çıxması ilə bağlı prezidentin müraciəti parlamentin bugünkü iclasında müzakirə və qəbul edilə bilər. Parlament müvafiq sənəd qəbul edəcəyi təqdirdə Mixail Saakaşvili həmin sənədi dərhal imzalayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR