Bank Of Baku

ABŞ Rusiyanı Kodor dərəsinə hücumda ittiham edib

ABŞ Rusiyanı Kodor dərəsinə hücumda ittiham edib
# 14 avqust 2008 14:46 (UTC +04:00)
Tiflis-APA. Amerika Birləşmiş Ştatları Rusiyanı Kodor dərəsinə hücumda ittiham edib. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, Tiflisdə səfərdə olan ABŞ dövlət katibinin müavinin köməkçisi Metyu Brayza bildirib ki, Kodor dərəsinə hücumda Rusiya sülhməramlıları iştirak ediblər: “Kodor dərəsində yaşayan gürcülərə hücumda sülhməramlı adlandırılan qüvvələr və onların komandanı Sergey Çaban şəxsən iştirak edib. Hücuma həmçinin Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri də qatılıblar. Abxaz liderləri cinayət törədiblər və biz onların hərəkətinə sərt reaksiya verəcəyik”. Metyu Brayza Rusiyanın bu əməliyyatı çoxdan hazırladığını və fürsət düşən kimi həyata keçirdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR