Bank Of Baku

Ukrayna parlamenti MDB-nin təsis olunması barədə sazişin ləğvinə dair qanun layihəsini müzakirə edəcək

Ukrayna parlamenti MDB-nin təsis olunması barədə sazişin ləğvinə dair qanun layihəsini müzakirə edəcək
# 14 avqust 2008 17:03 (UTC +04:00)
Qanun layihəsinin müəllifi “Bizim Ukrayna – Xalq Özünümüdafiəsi” fraksiyasının deputatı, millətçi Ukrayna Xalq Partiyasının lideri Yuri Kostenkodur. Hazırda Ukrayna parlamenti tətildədir, deputatların tətili sentyabrın 1-də başa çatacaq. Qanun layihəsinin parlamentin növbəti sessiyasında müzakirəsi nəzərdə tutulur. Qeyd edək ki, Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkəınin MDB-dən çıxması barədə qərar qəbul olunub. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, parlamentin 117 üzvü bununla bağlı qərar layihəsinin lehinə səs verib. Parlamentin hüquq məsələləri komitəsinin sədri Pavel Kublaşvili bildirib ki, bu qərar artıq Gürcüstanın MDB üzvü olmaması deməkdir: “Bu qərardan sonra Gürcüstan MDB-ni rəsmən tərk etmiş sayılır və bu qurumla heç bir münasibətlərə malik deyil. Əgər bir ölkə MDB-ni tərk etmək istəyirsə, bu istəyin qarşısında hüç bir hüquqi problem mövcud ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR