Bank Of Baku

Federal Şuranın üzvü: “Rusiya Polşa ərazisində ABŞ raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə adekvat cavab verməlidir”

Federal Şuranın üzvü: “Rusiya Polşa ərazisində ABŞ raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə adekvat cavab verməlidir”
# 15 avqust 2008 09:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. «Rusiya Polşa ərazisində Amerikanın raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə Vaşinqtonla Varşava arasında imzalanmış sazişə adekvat cavab verməlidir». APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bunu Federasiya Şurasının üzvü, Rusiyanın Şimal Donanmasının keçmiş komandanı Vyaçeslav Popov deyib. Bu sənədin imzalanmasını digər dövlətin hərbi infrastrukturunun Rusiya sərhədlərə yaxınlaşması olduğunu qeyd edən V. Popov Moskvanı buna adekvat cavab verməyə çağırıb. Popov hesab edir ki, Baş Qərargah yaxın günlərdə Silahlı Qüvvələrin potensial hədəflərini yenidən qruplaşdıracaq: “Başqa cür ola da bilməz, biz öz təhlükəsizliyimizi təmin etməliyik. Rusiya ətrafında hərbi potensialın artırılması birbaşa təhlükədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR