Bank Of Baku

Qoran Lenmarker ATƏT PA-nın Gürcüstan və Cənubi Osetiyada vəziyyətə dair xüsusi məruzəçisi təyin edilib

Qoran Lenmarker ATƏT PA-nın Gürcüstan və Cənubi Osetiyada vəziyyətə dair xüsusi məruzəçisi təyin edilib
# 15 avqust 2008 09:25 (UTC +04:00)
ATƏT-dən bildiriblər ki, Qoran Lenmarkerin əsas fəaliyyəti münaqişənin nizamlanması prosesinin dəstəklənməsi, həmçinin bu prosesin parlamentlər səviyyəsində aparılması üzərində qurulacaq. Qoran Lenmarkerin öz fəaliyyəti ilə əlaqədar Rusiya və Gürcüstana səfərləri nəzərdə tutulur. O, bölgədə durumla bağlı ilk hesabatını ATƏT PA-nın gələn ay keçiriləcək sessiyasında təqdim edəcək. Qeyd edək ki, Qoran Lenmarker həmçinin ATƏT Parlament Assambleyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR