Bank Of Baku

Məşhur Nürnberq prosesində tərcüməçi olmuş görkəmli azərbaycanlının 85 yaşı tamam olur

Məşhur Nürnberq prosesində tərcüməçi olmuş görkəmli azərbaycanlının 85 yaşı tamam olur
# 15 avqust 2008 12:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Moskvada yaşayan tanınmış azərbaycanlı, İkinci Dünya Müharibəsi veteranı, hərbi tərcüməçi, diplomat, jurnalist Ənvər Məmmədovun 85 yaşı tamam olur. APA-nın məlumatına görə, hazırda “RİA Novosti” informasiya agentliyi baş direktorunun müşaviri işləyən Ə. Məmmədov 1923-cü il avqustun 15-də Bakıda anadan olub. 1941-1942-ci illərdə hərbi tərcüməçi kurslarında təhsil almış Ə. Məmmədov 1943-cü ildə ordudan tərxis olunaraq, Xarici İşlər Xalq Komitəsinə işə göndərilib. O, 1944-1945-ci illərdə SSRİ-nin İtaliyadakı səfirliyinin press-attaşe işləyib, Nürnberq prosesində hərbi tərcüməçi kimi iştirak edib. SSRİ XİN-də müxtəlif vəzifələrdə çalışan ingilis, alman, italyan, fransız dillərini bilir.

Müxtəlif nəşrlərə verdiyi müsahibələrdə Ə. Məmmədov bildirib ki, SSRİ Xarici İşlər Xalq Komitəsində ən cavan - 20 yaşlı diplomat olub. Ona diplomatik rütbənin verilməsinə yalnız xarici siyasət idarəsinin xalq komissarı Molotov etiraz edib. Molotov «Bu nə biabırçılıqdı, hansısa tatarı İtaliyaya məhsul işə göndərirlər» deyib. Həmin vaxt səfirlik cəmi 3 nəfərdən ibarət olub - səfir, birinci katib və attaşe Məmmədovdan.

Nürnberq prosesində tərcüməçi işləməklə yanaşı, ona gizli, məhsul tapşırıqlar da verilib. Feldmarşal Paulsu SSRİ-dən Almaniyaya gətirmək də ona tapşırılıb. Ə. Məmmədov feldmarşalı Amerika ordusunun postlarından və iki zonanın sərhədindən gizli keçirməklə Nürnberq prosesinə gətirməyə müvəffəq olub.

Oğlu Georqi Məmmədov da atasının yolunu davam etdirir. G. Məmmədov 2004-cü ilədək Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR