Bank Of Baku

ABŞ dövlət katibi Kondoliza Rays Tiflisə gəlib

ABŞ dövlət katibi Kondoliza Rays Tiflisə gəlib
# 15 avqust 2008 13:19 (UTC +04:00)
Tiflis-APA. ABŞ-ın dövlət katibi Kondoliza Raysın Gürcüstana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, hal-hazırda dövlət katibi Gürcüstan prezidenti ilə təkbətək danışıqlar aparır, danışıqlardan sonra Kondoliza Rays və Mixail Saakaşvilinin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. Qeyd edək ki, Fransa prezidenti Nikola Sarkozi Rusiya ilə Gürcüstan arasında imzalanancaq sülh sazişinin mətnini Tiflisə ABŞ dövlət katibinin aparacağını deyib.

Bu gün SNN telekanalı ilə birbaşa efirdə məşhur aparıcı Lari Kinqin suallarını cavablandıran Mixail Saakaşvili sülh sazişini imzalamağa tələsmədiyini bildirib: “Əvvəlcə baxmalıyıq görək, xanım Raysın gətirdiyi sənəd nədən ibarətdir. Hazırda danışıqlar prosesi davam edir. Amma bir şey qətidir. Əgər ruslar öz hərbi təcavüzünü və Gürcüstanda qalmalarını qanuniləşdirmək istəyirlərsə, o zaman bu insanlar bizə və Avropaya böyük problemlər yaratmış olacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR