Bank Of Baku

Sxinvalidə jurnalistlərin həyatını xilas edən rus mayoru “Rusiya qəhrəmanı” fəxri adına layiq görülüb

Sxinvalidə jurnalistlərin həyatını xilas edən rus mayoru “Rusiya qəhrəmanı” fəxri adına layiq görülüb
# 15 avqust 2008 14:19 (UTC +04:00)
Moskva-APA. Sxinvalidə bir qrup jurnalisti həyatı bahasına xilas etmiş Rusiya ordusunun mayoru Denis Vetçinov ölümündən sonra “Rusiya qəhrəmanı” fəxri adına layiq görülüb. APA-nın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev təltiflə bağlı bu gün sərəncam imzalayıb. Mayor Vetçinov avqustun 9-da 58-ci ordunun hücum qrupunun tərkibində Sxinvalidə olub. Qrup mühasirəyə düşüb və ağır yaralanmış zabit bu vəziyyətdə jurnalist qrupuna atəş açan gürcü hərbçisini zərərsizləşdirməyə müvəffəq olub. Hospitala aparılan Denis Vetçinov yolda keçinib. Onun xilas etdiyi jurnalistlər arasında dövlət televiziyasının əməkdaşı Aleksandr Sladkov, “Komsomolskaya pravda” və “Moskovski komsomolets” qəzetlərinin müxbirləri də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR