Bank Of Baku

Corc Buş: “Rusiya Gürcüstana qoşun yeritməklə Qərb qarşısında etimadını itirib”

Corc Buş: “Rusiya Gürcüstana qoşun yeritməklə Qərb qarşısında etimadını itirib”
# 15 avqust 2008 15:53 (UTC +04:00)
Vaşinqton-APA. “Gürcüstan və bu ölkənin vətəndaşları Birləşmiş Ştatların dəstəyindən məhrum olmayacaqlar”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ prezidenti Corc Buş SNN telekanalı ilə çıxışında söyləyib. Rusiyanı Gürcüstanda öz qoşunlarını çıxarmağa çağıran ABŞ prezidenti bildirib ki, Moskva qonşu ölkə ərazisinə qoşun yeritməklə Qərb qarşısında etimadını itirib: “Münasibətlərin pisləşməsi nə bizə, nə də Moskvaya lazımdır. Rusiya onu beynəlxalq aləmdən təcrid edəcək siyasi davam etdirib-etdirməməyi özü müəyyənləşdirməlidir. Avropa, ABŞ və digər ölkələrlə münasibətləri normallaşdırmaq üçün Rusiya öz qonşularının azadlıq hüququna hörmətlə yanamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR