Bank Of Baku

Levan Qaçeçiladze: “Nə qədər ki, gürcülərin ümumi düşməni var, biz bir olacağıq”

Levan Qaçeçiladze: “Nə qədər ki, gürcülərin ümumi düşməni var, biz bir olacağıq”
# 15 avqust 2008 16:28 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan müxalifətinin lideri Levan Qaçeçiladze ölkənin siyasi spektrində ciddi fikir ayrılığı olduğu barədə Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumatı təkzib edib. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, Levan Qaçeçiladze rus jurnalistlərin onun fikirlərini təkzib etdiyini bildirib: “Mən ruslara açıqlamamda növbədənkənar seçkilər barədə bir kəlmə belə işlətməmişəm. Nə qədər ki, gürcülərin ümumi düşməni var, biz bir olacağıq. Bu gün Gürcüstana lazım olan əsas şey sülhdür və biz buna birlikdə nail olacağıq. Nə qədər ki, Gürcüstanda rus tankları dayanıb, ruslar hakimiyyət daxilində parçalanmanı yalnız xəyal edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR