Bank Of Baku

ATƏT-in fəaliyyətdə olan sədri Tiflisə gəlib

ATƏT-in fəaliyyətdə olan sədri Tiflisə gəlib
# 21 avqust 2008 13:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb Tiflisə gəlib. APA-nın məlumatına görə, səfərin məqsədi ATƏT hərbi müşahidəçilərin sayının artırılması ilə bağlı müzakirələr aparmaqdır.

A. Stubb prezident Mixail Saakaşvili ilə Gürcüstan-Cənubi Osetiya münaqişə zonasında ATƏT-in hərbi müşahidəçilərinin sayının 8-dən 100-ə çatdırılması məsələsini müzakirə edəcək. Gürcüstandakı vəziyyətlə tanış olacaq ATƏT sədri Qoriya getməyi də planlaşdırır.

Qeyd edək ki, ilkin mərhələdə ATƏT-in hərbi müşahidəçilərinin sayı 100, sonradan isə 300-ə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR