Bank Of Baku

Anatoli Noqovitsın: “ABŞ-ın Polşada yerləşdirəcəyi “Patriot” raketləri Rusiya üçün birbaşa təhlükədir”

Anatoli Noqovitsın: “ABŞ-ın Polşada yerləşdirəcəyi “Patriot” raketləri Rusiya üçün birbaşa təhlükədir”
# 21 avqust 2008 13:37 (UTC +04:00)
Moskva-APA. “ABŞ-ın Polşa ərazisində “Patriot” zenit-raket kompleksləri yerləşdirilməsinin İran problemi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Rusiyanı birbaşa təhdid etmək deməkdir”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya Silahlı Qüvvələri baş qərargah rəisinin müavini Anatoli Noqovitsın söyləyib. O, ABŞ-ın əsl məqsədinin Rusiyanı təhdid etmək olduğunu bildirib: “Raket hücumundan müdafiə və İrandan qaynaqlanan təhlükə haqqında danışılırsa, o zaman Polşada hava hücumundan müdafiə kompleksi niyə quraşdırılır? “Patriot” raketləri kimə qarşı tuşlanıb? Bu, Rusiya üçün birbaşa təhlükədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR