Bank Of Baku

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Gürcüstan və Rusiyaya səfər edəcək

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Gürcüstan və Rusiyaya səfər edəcək
# 21 avqust 2008 14:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq Gürcüstan və Rusiyaya səfər edəcək. APA-nın məlumatına görə, sabah o, Gürcüstana gedəcək.

Səfərin məqsədi insan haqlarının qorunması və əhalinin humanitar yardım almaq imkanını yerində qiymətləndirməkdir. «Məni xüsusən məcburi köçkün və qaçqınların vəziyyəti, onların təhlükəsiz və könüllü qayıdışının perspektivi narahat edir», - deyə komissar bildirib.

O, hakimiyyət nümayəndələri, münaqişədən əziyyət çəkənlərlə görüşəcək, Vladiqafqaz, Sxinvali, Qori və digər şəhərlərə baş çəkəcək.

T. Hammarberq Moskvaya də səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR