Bank Of Baku

ATƏT sədri: “Ruslar 24 saat ərzində Qori şəhərini tərk etməyə söz veriblər”

ATƏT sədri: “Ruslar 24 saat ərzində Qori şəhərini tərk etməyə söz veriblər”
# 22 avqust 2008 07:37 (UTC +04:00)
O, rusların bu vədə əməl edib-etməyəcəyi ilə bağlı konkret fikrə malik olmadığını deyib: “Onların açıqladıqları müddətdə Qorini tərk edib-etməyəcəklərini bilmirəm, hələlik şəhərdən çıxmağa dair heç bir hazırlıq nəzərə çarpmır. Rusiya hərbçiləri gürcü kəndlərinin sakinlərini zorla evlərindən çıxararaq Qoriyə yerləşdirir. Bu, insan hüquqlarının kobud surətdə pozulması deməkdir. Hesab edirəm ki, münaqişə zonasına daha çox müşahidəçi göndərmək lazımdır”. Qeyd edək ki, Aleksandr Stubb dünən Qoriyə gedib və şəhərin mövcud durumu ilə tanış olub. Onunla görüşən Gürcüstan prezidentinin səlahiyyətli nümayəndəsi Lado Vardzelaşvili bildirib ki, Rusiya hərbi hissələrinin şəhəri tərk edəcəyinə dair heç bir əlamət yoxdur: “Əksinə, ruslar postları daha da gücləndirirlər. Şəxsən mənə postlara yaxınlaşmaq qadağan edilib. Amma indi bizim əsas vəzifəmiz insanlara humanitar yardım göstərməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR