Bank Of Baku

Qırğızıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb, çoxlu sayda ölən və yaralanan var

Qırğızıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb, çoxlu sayda ölən və yaralanan var
# 24 avqust 2008 21:39 (UTC +04:00)
Əvvəlcə təyyarədə 123 nəfərin olduğu bildirilsə də, Qırğızıstanın fövqəladə hallar naziri Kamçıbek Taşiyev təyyarədə 90 nəfərin olduğunu, onlardan 25-nin sağ qaldıqlarını deyib.

Qırğızıstan FHN hələlik ölənlərin sayını və siyahısını açıqlamayıb.
Qırğızıstanın baş naziri İqor Çudinov isə sərnişinlərdən 51-nin əcnəbilər olduğunu bildirib. İ. Çudinov İran, Kanada, Çin və Türkiyə Cümhuriyyəti vətəndaşlarının təyyarədə olduğunu deyib. Təyyarədə Azərbaycan vətəndaşının olub-olmadığını dəqiqiləşdirmək hələlik mümkün olmayıb. Baş nazir təyyarədə 83 sərnişin və 7 ekipaj üzvü olduğunu da vurğulayıb.

Təyyarənin havaya qalxandan on dəqiqə sonra texniki nasazlıq üzündən qəzaya uğradığı bildirilir. Deyilənə görə, təyyarə texniki nasazlıq ucbatından aeroporta geri dönərkən qəzaya uğrayıb.

Hazırda hadisə yerində Qırğızıstan FHN-nin xilasediciləri çalışır. Faktla bağlı araşdırmalara başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR