Bank Of Baku

Gürcüstan qoşunları Sxinvali həbsxanasında saxlanan separatçı rejimin sabiq daxili işlər nazirini azadlığa buraxıblar

Gürcüstan qoşunları Sxinvali həbsxanasında saxlanan separatçı rejimin sabiq daxili işlər nazirini azadlığa buraxıblar
# 25 avqust 2008 07:50 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan qoşunları hərbi əməliyyatlar zamanı Sxinvali həbsxanasında saxlanan siyasi məhbus Alan Parastayevi azad ediblər. APA-nın “Qruziya-online” saytına istinadən yaydığı məlumata görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib. Onun sözlərinə görə, Alan Parastayev separatçı rejimin daxili işlər naziri və Təhlükəsizlik Şurasının katibi olub: “Parastayev rəsmi Tiflislə danışıqlara başlamaq niyyətində olduğu üçün onu həbs ediblər. Sxinvalidə Gürcüstanla danışıqlara meyl edən hər kəs, o cümlədən Dmitri Sanakoyev və Karkusov qardaşları da təqibə məruz qalıblar. Separatçı rejimin yüksək vəzifəli şəxslərindən olan Alborov isə Gürcüstan mərkəzi hakimiyyət orqanlarının nümayəndələri ilə görüşdüyü üçün qətlə yetirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR