Bank Of Baku

Almatıda AQEM-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir

Almatıda AQEM-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir
# 25 avqust 2008 07:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Almatıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü başlayıb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanı tədbirdə xüsusi tapşırıqlar üzrə səfir Şamil Ələsgərov təmsil edir. Tədbirin açılışında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, AQEM regional əməkdaşlığın vacib mexanizminə çevrilib. Prezident quruma üzv ölkələri beynəlxalq terrorizm, dini ekstremizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və narkotrafiklə mübarizə üçün kollektiv dialoqun bütün imkanlarından istifadə etməyə çağırıb. Görüşün sonunda AQEM katibliyi və onun personalının fəaliyyəti barədə konvensiya, “AQEM-in etimad tədbirləri sahəsində tərəqqisi” adlı deklarasiya qəbul edəcəkləri gözlənilir. Tədbirdə həmçinin AQEM-in qərargahının Almatıdan Astanaya köçürülməsi məsələsi də müzakirə olunacaq. Görüşdə quruma üzv 20 dövlətin nümayəndələri, müşahidəçilər və qonaqlar iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR