Bank Of Baku

Beynəlxalq Böhran Qrupu: “Rusiyanın son hərəkətləri mühüm enerji dəhlizlərini ciddi təhlükə altına qoyub”

Beynəlxalq Böhran Qrupu: “Rusiyanın son hərəkətləri mühüm enerji dəhlizlərini ciddi təhlükə altına qoyub”
# 25 avqust 2008 08:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər Beynəlxalq Böhran Qrupunun “Rusiya-Gürcüstan qarşıdurması: nəticələr” adlı hesabatında öz əksini tapıb. Hesabatda tərəflərin münaqişə zamanı yol verdiyi səhvlər nəzərdən keçirilib, qarşıdurma tərəfləri və beynəlxalq institutlar üçün bir sıra tövsiyələr irəli sürülür: “15-16 avqusta imzalanmış atəşkəs haqqında sazişə qeyd-şərtsiz əməl etmək lazımdır. Ən vacib məqam isə Rusiya qoşunlarının avqustun 7-nə qədər olduqları mövqelərə qayıtmasıdır. Qərb dövlətləri Moskvanı atəşkəs rejiminin müddəalarını yerinə yetirməyə məcbur etməlidir. Rusiya qoşunlarının Gürcüstandan çıxarılmasının monitorinqini aparmaq üçün regiona beynəlxalq müşahidəçilər göndərilməlidir”. Hesabatda bildirilir ki, münaqişə zonasında sülhməramlı əməliyyatlarda Rusiyanın həlledici rol oynamasına yol vermək olmaz. Beynəlxalq Böhran Qrupu hesab edir ki, Rusiyanın son hərəkətləri mühüm enerji dəhlizlərini ciddi təhlükə altına qoyub: “Bu kimi addımlar sabiq sovet respublikalarında, o cümlədən Ukraynada stabilliyi pozmaq üçün etnik ruslardan və digər azlıqlardan istifadə edilməsinə gətirib çıxara bilər. Bundan başqa Rusiya öz addımları ilə beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirmiş olub”. Hesabatda qeyd olunur ki, Qərb Rusiyaya hansı təzyiq üsullarından istifadə edə biləcəyini başa salmalıdır. Bu üsullar sırasında Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbul edilməməsi, Moskvanın “Böyük səkkizlik”dən çıxarılması, 2014-cü il Qış Olimpiya Oyunlarının Soçidə keçirilməsi qərarının ləğvi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR