Bank Of Baku

Rusiya ilə Gürcüstan arasında yeni atəşkəs sazişi imzalanıb

Rusiya ilə Gürcüstan arasında yeni atəşkəs sazişi imzalanıb
# 09 sentyabr 2008 07:23 (UTC +04:00)
APA-nın məlumatına görə, Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə sazişə edilmiş əlavələri ilk olaraq Rusiya prezidenti Dmitri Medvedev imzalayıb. Moskvada altı saat davam edən danışıqlardan sonra mətbuat qarşısına çıxan hər iki prezident münaqişənin nizamlanması istiqamətində irəliyə doğru daha bir uğurlu addım atıldığını bildirib. Sazişə əlavə edilən maddələr aşağıdakı şəkildədir:

1) Qoşunların çıxarılması
Rusiya sülhməramlı qüvvələrinin maksimum yeddi gün ərzində Potidən Senakiyə qədər ərazidə fəaliyyət göstərən beş postdan çıxarılması. Rusiya bu addımı Gürcüstanın Abxaziyaya qarşı güc tətbiq etməyəcəyinə dair qarantiyasına inanaraq atır.
Rusiya sülhməramlı qüvvələrinin hərbi əməliyyatlar başlamamışdan əvvəlki təmas xəttinə - Abxaziya və Cənubi Osetiya ərazisinə geri çəkilməsi. Bu addım bölgədə Avropa İttifaqının 200 müşahidəçisi yerləşdirildikdən keçən 10 gün ərzində gerçəkləşəcək.
Gürcüstan Silahlı Qüvvələrinin oktyabrın 1-nə kimi öz dislokasiya yerlərinə qayıtması.

2) Beynəlxalq müşahidə mexanizmləri.
BMT-nin beynəlxalq müşahidəçilər missiyası öz mandatını icra etməkdə davam edəcək, Cənubi Osetiya və Abxaziya ilə sərhəd bölgələrdə Rusiya sülhməramlı qüvvələri beynəlxalq müşahidəçilərlə, o cümlədən Avropa İttifaqını təmsil edən 200 müşahidəçi ilə əvəzlənəcək.
Avropa İttifaqı güc tətbiq edilməyəcəyinə qarant olan tərəf kimi müşahidə missiyasının qısa müddətdə yaradılması və həyata keçirilməsini öz üzərinə götürür.

3) Beynəlxalq diskussiyalar.
Medvedev-Sarkozi planının 6-cı bəndində nəzərdə tutulan və avqustun 12-də başlamalı olan beynəlxalq diskussiyalar oktyabrın 15-də Cenevrədə keçiriləcək. Diskussiyalara hazırlıq prosesinə sentyabrda başlanacaq. Bu diskussiyalar regionda stabillik və təhlükəsizliyini təmin etmək yollarının, qaçqın və məcburi köçkünlər probleminin həlli və tərəflərin təşəbbüsü ilə qaldırılacaq istənilən məsələyə həsr olunacaq.
İmzalanma mərasimindən sonra jurnalistlərə açıqlama verən Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, onun ölkəsi Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməyəcəyinə dair Avropa İttifaqından və quruma sədrlik edən Fransanın prezidenti Nikola Sarkozidən ciddi qarantiyalar alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR