Bank Of Baku

Dağıstanda 2 milis öldürülüb

Dağıstanda 2 milis öldürülüb
# 09 sentyabr 2008 08:39 (UTC +04:00)
Mahaçqala – APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində içində 3 milisin olduğu UAZ avtomobili hücuma məruz qalıb. APA-nın ”RİA Novosti”yə istinadən verdiyi məlumata görə, patrul avtomobilinin avtomat silahdan atəşə tutulması nəticəsində 2 milis əməkdaşı həlak olub, 1-i yaralanıb. Hadisə sentyabrın 8-dən 9-na keçən gecə Mahaçqalanın Sovet rayonu ərazisində baş verib.

Qeyd edək ki, Dağıstanda milis əməkdaşlarına hücumlar adi hal alıb. Bu il iyunun 23-də Buynak şəhər Daxili İşlər İdarəsinin rəisi Arif Əliyev, iyulun 29-da Mahaçqala Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Məhəmmədhəbib Əbdülqədirov qətlə yetiriliblər. Avqustun 25-də isə iki milis işçisi öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR