Bank Of Baku

Rusiya Cənubi Osetiya və Abxaziyanın içindəki yox, ətrafındakı qoşunlarını çıxarmaqdan danışır

Rusiya Cənubi Osetiya və Abxaziyanın içindəki yox, ətrafındakı qoşunlarını çıxarmaqdan danışır
# 09 sentyabr 2008 09:18 (UTC +04:00)
Moskva – APA. “Gürcüstanda müvafiq beynəlxalq kontingent yerləşdirildikdən sonra Rusiya on gün ərzində bu ölkədə sülhməramlı qismində qalmış hərbi qulluqçularını geri çağırmağa hazırdır”. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Dmitri Medvedev fransız həmkarı Nikola Sarkozi ilə görüşünün yekunları əsasında deyib. O, oktyabrın 1-nə qədər Gürcüstanda (Abxaziya və Cənubi Osetiya ətrafındakı ərazilərdə) beynəlxalq mexanizmlərin yaradılacağını bildirib. Söhbət Avropa Birliyi ölkələrindən gələcək azı 200 müşahidəçidən gedir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Abxaziya və Cənubi Osetiya sərhədlərində beynəlxalq nəzarətin qurulmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu nəzarət Rusiya tərəfindən tanınmış həmin respublikalara qarşı yeni hərbi avantüraları istisna etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR