Bank Of Baku

Sergey Lavrov: “Saakaşvili Fransa prezidentinin gözü qarşısında ağ yalan danışdı”

Sergey Lavrov: “Saakaşvili Fransa prezidentinin gözü qarşısında ağ yalan danışdı”
# 09 sentyabr 2008 12:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib. O, Mixail Saakaşvilinin “müharibəyə birinci Rusiya başladı” sözlərinin ağ yalan olduğunu bildirib: “Saakaşvili müharibəyə Gürcüstanın deyil, Rusiyanın başladığını, Rusiyanın bu ölkənin ərazisini işğal etdiyini söyləməklə yalan danışır. O hətta Rusiyanın Gürcüstan ərazilərini ilk dəfə işğal etmədiyini, guya analoji hadisənin XIX əsrdə də baş verdiyini deməyə cürət etdi. Görünür, o, Gürcüstanın dövlət kimi mövcudluğunu qorumaq üçün 1783-cü ildə Rusiyaya etdiyi müraciəti nəzərdə tutur. Yəqin ki, bu problem Saakaşvilinin təhsilindən qaynaqlanır. Axı, o ABŞ-da təhsil alıb və tarixi də ona Amerikada öyrədiblər. Öz xalqının tarixinə belə təhqiramiz münasibət belə fikir yürütməyə əsas verir ki, bu kimi işlərlə yalnız öz ölkəsini zorla NATO-ya sürükləyən rəhbərlər çıxış edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR