Bank Of Baku

Gürcüstanın “Yeni sağlar” Partiyası prezident Mixail Saakaşvilinin istefasını tələb edib

Gürcüstanın “Yeni sağlar” Partiyası prezident Mixail Saakaşvilinin istefasını tələb edib
# 09 sentyabr 2008 12:49 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanın “Yeni sağlar” Partiyası prezident Mixail Saakaşvilinin istefası, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, partiyanın lideri David Qamkrelidze bildirib ki, Gürcüstanın bu gün düşdüyü ağır vəziyyətin səbəbi M. Saakaşvilinin Sxinvaliyə hücum barədə təkbaşına qəbul etdiyi qərardır: “Bu, Gürcüstan üçün hazırlanmış tələ idi və ABŞ, Avropa, eləcə də gürcü ictimaiyyəti prezidentə bununla bağlı xəbərdarlıq etmişdilər. Ancaq o, Sxinvaliyə hücumla bağlı məsuliyyətsiz qərar qəbul etdi və biz nəzarət etdiyimiz əraziləri itirdik”. D. Qamkrelidze digər müxalifət təşkilatları ilə məsləhətləşmələrə başlayacaqlarını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR