Bank Of Baku

Sergey Lavrov: “Rusiya qoşunları uzun müddət Abxaziya və Cənubi Osetiyada qalacaq”

Sergey Lavrov: “Rusiya qoşunları uzun müddət Abxaziya və Cənubi Osetiyada qalacaq”
# 09 sentyabr 2008 13:52 (UTC +04:00)
Moskva – APA. “Rusiya Silahlı Qüvvələri uzun müddət Abxaziya və Cənubi Osetiya ərazisində qalacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov avstriyalı həmkarı Ursula Plassniklə birlikdə keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib. O bildirib ki, Gürcüstan tərəfinin aqressiv addımlarına yol verməmək üçün bu, vacibdir. S. Lavrov “Abxaziya və Cənubi Osetiya prezidentlərinin, parlamentlərinin xahişi və Rusiya prezidentinin fərmanı əsasında” Rusiya qoşunlarının bu ərazilərə yerləşdirildiyini söyləyib: “Yaxın günlərdə Rusiya qoşunlarının bu respublikaların ərazisində dislokasiyasına beynəlxalq-hüquqi baza yaradacaq müqavilə imzalanmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR