Bank Of Baku

Levon Ter-Petrosyan: “Serj Sarkisyan ölkəni oğru qanunları ilə idarə edir”

Levon Ter-Petrosyan: “Serj Sarkisyan ölkəni oğru qanunları ilə idarə edir”
# 16 sentyabr 2008 09:48 (UTC +04:00)
İrəvan – APA. Sentyabrın 15-də Levon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresi İrəvanın mərkəzində mitinq keçirib. APA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, mitinqdə çıxış edən sabiq prezident Ermənistandakı mövcud hakimiyyətin mahiyyətinin dəyişmədiyini, rejimin dövlətin qanunlarını deyil, oğru qanunlarını rəhbər tutduğunu bildirib: ”Özbaşınalıq, talançılıq o səviyyəyə çatıb ki, nə siyasətdə, nə iqtisadiyyatda heç bir irəliləyiş yoxdur, dövlət reketi hakimiyyətin fəaliyyətinin əsas məzmununu təşkil edir. Hakimiyyətin cinayətkar iqtisadi siyasəti bizə ağır qış vəd edir, yazda isə dərin böhran gözlənilir”. L. Ter-Petrosyan deyib ki, Robert Köçəryanın dövründə hakimiyyət monolit olsa da, indi çat verir. Buna misal kimi o, Türkiyə prezidenti Abdulla Gülün Serj Sarkisyanın dəvəti əsasında Ermənistana səfəri zamanı hökumətdə təmsil olunan daşnakların etiraz aksiyası keçirməsini göstərib. Müxalifət liderinin fikrincə, Ermənistan heç vaxt indiki qədər xarici təzyiqə məruz qalmayıb: “Adətən qeyri-legitim, korrupsioner və çirkab içində olan hakimiyyətlər bu cür təzyiqə qalır”. Keçmiş dövlət başçısının sözlərinə görə, Serj Sarkisyan ölkənin maraqlarını qurban vermək bahasına özünü legitimləşdirir və “erməni soyqırımı”, erməni-türk münasibətləri kimi məsələlərdə güzəştlərə hazır olduğunu nümayiş etdirir. O, Dağlıq Qarabağ probleminin həllinin də təhlükə altında olduğunu söyləyib: “Mən dünyada Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dövlət görmürəm. Üstəlik, Qərb Rusiyanın acığına Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv qoşulmaq istəyir, Serj Sarkisyan isə sanki hipnoz altında bu basqılara boyun əyir”. Ter-Petrosyan Ermənistan-Türkiyə-Azərbaycan formatında keçiriləcək üçtərəfli görüşü çox təhlükəli adlandırıb: “Bu reveranslarla Serj Sarkisyan Dağlıq Qarabağ probleminin həllini kifayət qədər ağırlaşdıra bilər. Öz eqoist yanaşmaları ilə o, Dağlıq Qarabağ problemini hərraca çıxarıb”. L. Ter-Petrosyan öz hakimiyyəti dövründə dəfələrlə üçtərəfli formatda görüşlərə qarşı çıxdığını xatırladıb.

Qeyd edək ki, Ermənistan müxalifətinin növbəti mitinqi sentyabrın 26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR