Bank Of Baku

Ukraynada “narıncı koalisiya”nın dağıldığı rəsmən elan edilib

Ukraynada “narıncı koalisiya”nın dağıldığı rəsmən elan edilib
# 16 sentyabr 2008 10:17 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, A. Yasenyuk “Kimsə bir dəqiqəlik sükut istəyirmi? Heç lazım da deyil”, deyə deputatlarla zarafatlaşıb. O, parlamentin sədri vəzifəsinə yeni namizəd irəli sürməyi də təklif edib. Spiker bu gün Ukraynanın siyasi tarixində səhifələrdən birinin qapandığını və yeni səhifə açıldığını söyləyib: “Mən bunu siyasi apokalipsis adlandırmazdım. Bəli, bu, demokratiya üçün daha bir sınaqdır. Amma mən ümid edirəm ki, bu sınaqdan birlikdə uğurla keçəcəyik”.

Söz alan Regionlar Partiyasının lideri Viktor Yanukoviç isə növbədənkənar seçkilərin keçirilməsinin əleyhinə olduqlarını bildirib: “Bu gün biz qeyri-adi tarixi hadisənin şahidi olduq. Belə demək mümkünsə, demokratik koalisiyanı gətirən araba son mənzilə çatıb – düşün aşağı”.

Kommunist Partiyasının lideri Pyotr Simonenko isə prezident Viktor Yuşşenkonun impiçmenti proseduruna başlamağı vacib sayıb: “Yuşşenko cinayətkardır! Bizim belə deməyə əsasımız var. Onun hakimiyyətdən kənarlaşdırılması proseduruna başlamaq və Ukraynanı bu millətçi güruhdan azad etmək lazımdır”. P. Simonenko prezident postunu ləğv etməyə də çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR