Bank Of Baku

Viktor Yuşşenko Yuliya Timoşenkonu yenidən Rusiya ilə gizli əlaqədə ittiham edib

Viktor Yuşşenko Yuliya Timoşenkonu yenidən Rusiya ilə gizli əlaqədə ittiham edib
# 16 sentyabr 2008 10:49 (UTC +04:00)
Kiyev – APA. Ukrayna prezidenti Viktor Yuşşenko Ali Radada demokratik çoxluğun bərpasına və onun milli maraqların reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəyinə ümid edir. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu prezident katibliyi rəhbərinin müavini Andrey Kislinski deyib. O bildirib ki, belə bir çoxluq son günlər danışıldığı kimi, “Yuliya Timoşenko”, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və Litvinin bloku tərəfindən yaradıla bilər: “Ancaq bu cür ittifaq yalnız səmimi münasibətlər zəminində yaradılmalıdır və Ukrayna xaricindən idarə olunan ssenarilərə pərdə rolunu oynamamalıdır”. A. Kislinski “Yuliya Timoşenko” bloku və Regionlar Partiyası arasında koalisiya formalaşdırılması və Ukraynada parlament respublikasının yaradılması cəhdlərinin, həmçinin baş nazirin rus kuratorlarla əlaqəsinin davam etdiyini söyləyib: “Rusiya siyasi dairələrinin nümayəndələri bu cür koalisiyanın yaradılmasını açıq-aşkar alqışlamaqla yanaşı, onun Avropada qəbul olunmasına zəmin də yaratmaq istədilər. Ancaq bu cəhdlər Avropada anlayışla qarşılanmadı. Üstəlik, “Yuliya Timoşenko” blokunun vətənpərvər üzvləri Timoşenkonun şəxsi ambisiyalarının reallaşması naminə Kremlyönümlü koalisiyanın formalaşdırılmasına qarşı çıxdılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR