Bank Of Baku

Gürcüstan Rusiyaya məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb

Gürcüstan Rusiyaya məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb
# 23 sentyabr 2008 11:36 (UTC +04:00)
Tiflis – APA. Gürcüstan ərazisində Rusiyaya məxsus pilotsuz kəşfiyyat təyyarəsi vurulub. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili pilotsuz təyyarənin sentyabrın 22-də səhər Qori şəhəri yaxınlığında vurulduğunu açıqlayıb. Rusiya tərəfi isə informasiyanı təsdiq etməyib. Rusiya Müdafiə Nazirliyinin Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Aleksandr Drobışevski həmin zonada heç bir uçuş həyata keçirmədiklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR