Bank Of Baku

Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO

Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
# 13 iyun 2026 22:02 (UTC +04:00)

Moskvada güclü leysan yağışları yağıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bir neçə gündür 30 dərəcədən yuxarı isti hava şəraitinin müşahidə olunduğu Rusiya paytaxtını qəfil yağışlar bürüyüb.

Güclü yağıntı nəticəsində şəhərin mərkəzində yerləşən Kutuzov prospektini su basıb.

Nəticədə çoxsaylı avtomobillər yollarda su altında qalıb, bəzi ticarət mərkəzlərini də su basıb.

Şəhərin bir sıra ərazilərində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

İldırımla müşayiət olunan güclü yağış səbəbindən Moskva şəhəri və Moskva vilayətində narıncı təhlükə səviyyəsi elan edilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar 300 briqada və 290 texnika şəhər küçələrində növbətçiliyə cəlb olunub.

Moskva şəhər xidmətləri gücləndirilmiş iş rejiminə keçib və yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR