Bank Of Baku

İnquşetiyanın maliyyə nazirinin xidməti maşını atəşə tutulub

İnquşetiyanın maliyyə nazirinin xidməti maşını atəşə tutulub
# 24 sentyabr 2008 08:43 (UTC +04:00)
Nazran-APA. İnquşetiyanın maliyyə naziri Eset Ustilqovun xidməti maşını Nazranın mərkəzində naməlum şəxs tərəfindən atəşə tutulub. APA-nın məlumatına görə, hadisə nazirin sürücüsünün evi qarşısında baş verib. Sui-qəsd zamanı maliyyə naziri maşında olmayıb. Atəş nəticəsində sürücü ayağından yüngül güllə yarası alıb. Qeyd edək ki, dünən naməlum şəxslər İnquşetiyanın daxili işlər naziri Musa Medovun mühafizəçilərinin olduğu zirehli maşına qumbaratan və pulemyotlardan atəş açıblar. Atəş nəticəsində içərisində mühafizəçilər olan zirehli maşın və iki avtomobil darmadağın olub. Daxili işlər nazirinin mühafizəçilərindən ikisi hadisə yerində ölüb, altı nəfər isə yaralanıb. Bundan başqa İnquşetiyanın Qarabulaq kəndində daxili işlər nazirinin müavini Vadim Selivanovun zirehli xidməti maşını atəşə tutulub. Hadisə zamanı xəsarət alan olmayıb. Ötən gün həmçinin naməlum şəxslər İnquşetiya Daxili İşlər Nazirliyinin silah anbarını qumbaraatanlardan atəşə tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR