Bank Of Baku

Venesuela prezidenti Uqo Çavesin Rusiyaya rəsmi səfəri başlayır

Venesuela prezidenti Uqo Çavesin Rusiyaya rəsmi səfəri başlayır
# 25 sentyabr 2008 08:44 (UTC +04:00)
Moskva – APA. Venesuela prezidenti Uqo Çaves Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə bu gün Moskvaya iki günlük rəsmi səfərə gəlir. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, səfər zamanı enerji, elm və texnologiya sahələrində ikitərəfli razılaşmaların imzalanacağı gözlənilir. Moskvaya Pekindən gələn Venesuela lideri Rusiyadan Fransaya, oradan isə Portuqaliyaya yola düşəcək.
U. Çavesin səfəri iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi və hərbi-texniki sahələrdə ikitərəfli əlaqələrin gücləndiyi dövrə təsadüf edir. Bu günlərdə Rusiyanın Tu-160 strateji-bombardmançı təyyarələri Venesuelaya uçuş həyata keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR