Bank Of Baku

Viktor Yuşşenko: ““Dondurulmuş münaqişələr” dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”

Viktor Yuşşenko: ““Dondurulmuş münaqişələr” dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır”
# 25 sentyabr 2008 09:41 (UTC +04:00)
Nyu-York – APA. BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edən Ukrayna prezidenti Viktor Yuşşenko kollektiv beynəlxalq iradə, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan ümumi sistemin dağılma tendensiyasından narahatlığını bildirib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko Qafqazda baş verən son hadisələrin ciddi həyəcan siqnalı olduğuna diqqət çəkib: “Ukrayna regionda baş vermiş bütün təcavüz aktlarını və hərbi müdaxilələri, Gürcüstanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının pozulmasını qətiyyətlə pisləyir, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımır. Ukrayna xüsusən Avropa məkanında hansısa qeyri-legitim, separatçı ərazilərin dövlətçiliyinin təsdiqlənməsini tanımır və pisləyir”. V. Yuşşenko ifadə etdiyi mövqenin Ukrayna xarici siyasətinin təməl prinsipləri olduğunu vurğulayıb. O, beynəlxalq münasibətlərdə şantaj və təhdidlərdən, separatçı əhval-ruhiyyələri qızışdırmaqdan imtina etməyə çağırıb və bu siyasətin “qızışdırıcılar”ın özü üçün fəlakətlə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Ukrayna prezidenti Cənubi Qafqazdakı bütün sülh səylərini dəstəklədiklərini də söyləyib: “Ukrayna dövləti “dondurulmuş münaqişələr”in dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına, insan hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həllində fəal iştiraka davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR