Bank Of Baku

Gürcüstanın MDB-dən çıxması məsələsi MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə daxil edilib

Gürcüstanın MDB-dən çıxması məsələsi MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə daxil edilib
# 25 sentyabr 2008 15:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçiriləcək. APA-nın məlumatına görə, sammitdən bir gün əvvəl - oktyabrın 9-da isə Xarici İşlər Nazirləri Şurasının toplantısı olacaq. Dövlət başçılarının yığıncağının gündəliyinə 21, xarici işlər nazirlərinin iclasının gündəliyinə 26 məsələ daxil edilib. Sənədlərdən 9-u hər iki iclasda müzakirə olunacaq. MDB-yə sədrlik edən Qırğızıstanın təklifi ilə Xarici İşlər Nazirləri Şurasının iclasına Gürcüstanın MDB üzvlüyündən çıxması məsələsi də salınıb.
Xatırladaq ki, avqustun 18-də MDB İcraiyyə Komitəsinə Gürcüstan XİN-in notası daxil olub. Sənəddə ölkə parlamentinin qərarı ilə Gürcüstanın MDB-nin yaradılması, qurumun Nizamnaməsinin qəbulu və İqtisadi İttifaqın yaradılması barədə sənədlərdən çıxdığı bəyan edilir. MDB-nin Nizamnaməsinə əsasən təşkilatdan çıxmaq istəyən dövlət 12 ay əvvəldən quruma müraciət etməlidir. Beləliklə, Gürcüstan 2009-cu il avqustun 18-dən etibarən MDB-dən çıxmış sayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR