Bank Of Baku

Astanada müsəlman və Qərb dövlətləri xarici işlər nazirlərinin forumu keçiriləcək

Astanada müsəlman və Qərb dövlətləri xarici işlər nazirlərinin forumu keçiriləcək
# 14 oktyabr 2008 12:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 17-də Qazaxıstanın paytaxtı Astana şəhərində müsəlman və Qərb dövlətlərinin xarici işlər nazirlərinin forumu keçiriləcək. APA-nın məlumatına görə “Ümumi dünya: müxtəliflikdən tərəqqiyə” adlı forumda 60 ölkə və beynəlxalq təşkilatın təmsilçiləri iştirak edəcəklər. İştirakçılar beynəlxalq münasibətlər, müasirləşmə və iqtisadi əməkdaşlıq problematikasına baxışlar, mədəniyyətlərin qarşılıqlı şəkildə uyğunlaşdırılması, KİV-in bu proseslərdə rolu məsələlərini müzakirə edəcəklər. Azərbaycanı tədbirdə Qazaxıstandakı səfir Lətif Qəndilov təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR