Bank Of Baku

Ukrayna hökuməti növbədənkənar seçkilərə pul ayırmaqdan imtina edib

Ukrayna hökuməti növbədənkənar seçkilərə pul ayırmaqdan imtina edib
# 14 oktyabr 2008 14:26 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Nazirlər Kabineti növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün maliyyə vəsaiti ayırmayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, baş nazirin müavini Aleksandr Turçinov qərarın lehinə 15, əleyhinə isə 9 hökumət üzvünün səs verdiyini deyib. Bundan başqa, prezidentə parlamentin buraxılması ilə bağlı fərmanını ləğv etməklə bağlı müraciət göndərilib. Nəqliyyat naziri İosif Vinski bildirib ki, növbədənkənar seçkilərə pul ayrılması Konstitusiyaya ziddir və bunun üçün büdcəyə dəyişiklik edilməlidir. Prezidentin Nazirlər Kabineti yanındakı nümayəndəsi Aleksandr Şlapak isə qərardan qəzəblənib. O, seçkiləri maliyyələşdirmək üçün hələ vaxt qaldığını söyləyib: “Biz həftə sonuna qədər məsləhətləşmə keçirərək qərar qəbul edə bilərik”.
Xatırladaq ki, Milli Müdafiə və Təhlükəsizlik Şurası xüsusi qərarla növbədənkənar seçkilərə maliyyə ayrılmasını hökumətin qarşısında bir vəzifə olaraq qoymuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR