Bank Of Baku

Avqust ayında Gürcüstanda baş vermiş hadisələrlə bağlı müstəqil beynəlxalq təhqiqat qrupu yaradılır

Avqust ayında Gürcüstanda baş vermiş hadisələrlə bağlı müstəqil beynəlxalq təhqiqat qrupu yaradılır
# 28 oktyabr 2008 08:37 (UTC +04:00)
Paris – APA. 2008-ci ilin avqust ayında Gürcüstanda baş vermiş hadisələri araşdıracaq müstəqil beynəlxalq təhqiqat qrupuna isveçrəli ekspert başçılıq edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinə sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner deyib. O, intellektuallar, siyasətçilər və hüquqşünaslardan ibarət kiçik təhqiqat qrupunun yaradılacağını, qrupa isveçrəli bir xanımın rəhbərlik edəcəyini açıqlayıb. Nazir həmin xanımın adını söyləməyərək onun Qafqaz üzrə ekspert olduğunu bildirməklə kifayətlənib. B. Kuşner təhqiqat zamanı Rusiya və Gürcüstanın bütün arxivləri açmalı olduğunu da əlavə edib: “Onlar arxivləri açmağa razılaşmasalar, bütün beynəlxalq ictimaiyyətin təzyiqi ilə üzləşəcəklər. Komissiya üzvləri nazirlər və prezidentlərlə də görüşəcək”.

B. Kuşner noyabr ayında Cenevrədə Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli üzrə danışıqların bərpa olunacağını vurğulayıb. Onun sözlərinə görə, danışıqlarda Abxaziya və Cənubi Osetiya nümayəndə heyətləri də iştirak edəcək: “Onlar keçən dəfə Cenevrəyə gəlmişdilər, amma danışıqları tərk etdilər. Bu addımlarını gülünc bir səbəblə - danışıqların abxaz və osetin dillərinə tərcümə olunmaması ilə əsaslandırdılar. Olsun. Biz növbəti dəfə abxaz və osetin dillərinə tərcümə təşkil edərik. Məcburi köçkünlərlə bağlı məsələnin Abxaziya və Cənubi Osetiya təmsilçiləri olmadan həlli mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR