Bank Of Baku

Donetskdə keçirilən etiraz aksiyasında Ukrayna kommunistləri ilə milis əməkdaşları arasında toqquşma baş verib

Donetskdə keçirilən etiraz aksiyasında Ukrayna kommunistləri ilə milis əməkdaşları arasında toqquşma baş verib
# 29 oktyabr 2008 13:13 (UTC +04:00)
Donetsk-APA. Donetskdə Ukrayna Kommunist Partiyasının fəalları ilə milis əməkdaşları arasında toqquşma baş verib. APA-nın məlumatına görə, kommunistlər prezident Viktor Yuşşenkonun Donetskə səfəri ilə əlaqədar etiraz aksiyası keçiriblər. Prezident Donetsk vilayət administrasiyasının binasında keçirilən Ukrayna-Polşa forumuna qatılmaq üçün bu şəhərə gəlib. Təqribən yetmişə nəfərə yaxın kommunist öz etirazlarını prezidentə şəxsən bildirmək üçün binaya daxil olmaq istəyiblər. Binanın təhlükəsizliyini təmin edən milis əməkdaşları kommunistləri içəri buraxmayıb, nəticədə tərəflər arasında toqquşma baş verib. Hazırda güc strukturlarının əməkdaşları binanı dövrəyə alıblar. Kommunistlər Donetsk vilayət administrasiyasının qarşısında mitinq keçirirlər. Mitinqdə Ukraynanın NATO-ya inteqrasiyasının və Gürcüstana silah satışının əleyhinə şüarlar səsləndirilir, “Biz Rusiya ilə dostluğa tərəfdarıq”, “Donbas övladları Yuşşenkoya qarşıdır” plakatları qaldırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR