Bank Of Baku

Rusiyanın “Kant” aviabazası Qırğızıstan ərazisində daha 49 il qalacaq

Rusiyanın “Kant” aviabazası Qırğızıstan ərazisində daha 49 il qalacaq
# 29 may 2009 12:40 (UTC +04:00)
Moskva-APA. Rusiya hökuməti Qırğızıstan ərazisində aviasiya bazası saxlanmasına dair rəsmi Bişkeklə əldə olunan razılaşmanı qəbul edib. APA-nın məlumatına görə, razılaşmanın şərtlərinə əsasən, “Kant” aviabazası hələ 49 il Qırğızıstan ərazisində qalacaq. Sazişin müddəti 25 il daha uzadıla bilər. Sazişdən çıxmaq istəyən tərəf ən azı altı ay əvvəl diplomatik kanallar vasitəsilə qarşı tərəfi xəbərdar etməlidir. Qeyd edək ki, əvvəlki saziş “Kant” aviabazasının Qırğızıstan ərazisində 15 il qalmasını nəzərdə tuturdu. Bu hərbi baza 2003-cü ilin oktyabrında yaradılıb. Bazanın statusu haqqında dövlətlərarası sənədin ratifikasiyası haqqında qanun 2005-ci ildə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR