Bank Of Baku

Aleksandr Lukaşenko Rusiyanı kəskin tənqid edib

Aleksandr Lukaşenko Rusiyanı kəskin tənqid edib
# 29 may 2009 15:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Rusiyanı tənqid atəşinə tutub və hökumət üzvlərindən Moskvanın qarşısında boyun əyməməyi tələb edib. APA-nın BELTA-ya istinadən verdiyi məlumata görə, A. Lukaşenko bəyan edib ki, bu gündən etibarən yeni dövr başlayır: “Rusiya ilə əməkdaşlıq alınmırsa, boyun əymək, ağlayıb-sızıldamaq lazım deyil, xoşbəxtliyi planetin digər yerində axtarmaq lazımdır. Dünən mən Vladimir Putinlə dostluq şəraitində müzakirələr apararkən Rusiyanın maliyyə naziri, baş nazirin müavini Aleksey Kudrin Belarusda panika yaratmağa yönəlmiş bəyanat verib. O, Qərbin pulları hesabına boş-boş danışaraq burada bizə işləməyi öyrədən mənəviyyatsız alçaqlarla eyni mövqedən çıxış edib. Əgər onların iqtisadiyyatı belə yaxşıdırsa, nə üçün Rusiyada Ümumi Daxili Məhsulun həcmi 10 faiz azalıb? Halbuki bizdə 1,5 faiz artıb”.

Prezident üzünü baş nazir Sergey Sidorskiyə tutaraq deyib ki, nazirləri eyni izlə ora-bura aparmağa son qoymaq lazımdır: “Bizi tanımayan, bizi gözləyən yerlər tapmaq lazımdır. Problem nədədir, nizə özünüzü sizə təpik atan Rusiyaya soxursunuz? Birinci dəfə deyil ki, bizi müftə almaq istəyirlər, bunu başa düşmürsünüz?! Dünən axşam Vladimir Putin mənə bildirmişdi ki, Minskə gəlməmişdən əvvəl Kudrinlə vəziyyəti müzakirə edib. Kudrin isə ağzına gələni danışıb. Bu, razılaşdırılmış işdir”.

A. Lukaşenko bəyan edib ki, kiminsə Belarusu qərbdən və şərqdən sıxışdırmasına imkan verməyəcək: “Biz müstəqil, suveren ölkəyik və hər şeyi öz maraqlarımıza uyğun edəcəyik. Ona görə də yadınızda saxlayın: heç kimə yalvar-yaxar etmək lazım deyil. Əgər onların bizə çoxdandır vəd etdikləri 500 milyon dollarları yoxdursa, gedib istəmək də lazım deyil. Gəlin öz iqtisadiyyatımızı və siyasətimizi müstəqil dövlət kimi quraq”.

A. Lukaşenko hesab edir ki, böyük oyun başlanıb: “Dözə bilsək, dövlət kimi qalacağıq. Dözməsək, bizi qatlayıb ciblərinə qoyacaqlar, sonra isə sağa sola qaçaraq kiminsə masasının artığını istəyəcəyik. Bizim arxamızda 10 milyon bacarıqlı və əməksevər insan var. Biz onları aldada bilmərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR