Bank Of Baku

Türkmənistan prezidenti daxili işlər nazirini istefaya göndərib

Türkmənistan prezidenti daxili işlər nazirini istefaya göndərib
# 30 may 2009 08:07 (UTC +04:00)
Aşqabad - APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov daxili işlər naziri Orazqəldi Amanmuradovu istefaya göndərib. APA-nın məlumatına görə, nazirin istefaya göndərilməsinə dövlət başçısının nazirin işindən narazı olması səbəb olub. Bu isə öz növbəsində ölkədə cinayətkarlığın, o cümlədən ağır cinayətlərin və polis əməkdaşlarının törətdiyi qanun pozuntularının səviyyəsinin artması ilə bağlıdır.

Q.Berdımühəmmədov bu qərarını Dövlət Təhlükəsizlik Şurasının DİN-də keçirilən toplantısında açıqlayıb. Maraqlıdır ki, dünən Türkmənistanda daxili işlər orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub.

Türkmənistanın daxili işlər naziri vəzifəsinə İsgəndər Mulikov təyin olunub. O, əvvəllər ölkənin vilayətlərinin birində polis departamentinin başçısı vəzifəsində çalışıb. Vəzifədən azad olunan O.Amanmuradov isə DİN-in xüsusi orta polis məktəbinin rəisi təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR