Bank Of Baku

İrəvan meriyasına keçirilən seçkilərdə hakim Respublika Partiyası qalib gəlib

İrəvan meriyasına keçirilən seçkilərdə hakim Respublika Partiyası qalib gəlib
# 01 iyun 2009 07:19 (UTC +04:00)
İrəvan-APA. İrəvan meriyasına keçirilən seçkilərin nəticələrinə görə hakim Ermənistan Respublika Partiyası qalib gəlib. APA-nın məlumatına görə, seçkilərə qatılan vətəndaşların 47 faizi hakim partiyanın namizədlər siyahısına səs verib. Bundan başqa İrəvan Ağsaqqallar Şurasında sağ mərkəzçi “Çiçəklənən Ermənistan” partiyası (22,71%) və sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” müxalifət bloku da (17,41%) təmsil olunacaq. Bu, Ermənistan tarixində İrəvan meriyasına keçirilən ilk seçkilərdir. Proporsional sistem üzrə keçirilən bələdiyyə seçkilərində İrəvan Ağsaqqallar Şurasında 65 yerin sahibi müəyyənləşib. Seçkilərdə qalib gələn partiyanın lideri İrəvan meri seçilmiş sayılır. İndiki nəticələrə görə Respublika Partiyasının rəhbəri Qaqik Beqlaryan İrəvan meri seçilib.
Müxalifət nümayəndələri artıq seçkilərdə çoxsaylı qanun pozuntularına yol verildiyini bəyan ediblər. Qanun pozuntuları əsasən jurnalistlərə və müxalifət nümayəndələrinə təzyiqlərin edilməsi, başqa regionlardan gətirilən vətəndaşların səsvermədə iştirakı, açıq səsvermə hüququnun pozulması ilə bağlıdır. Hakimiyyət nümayəndələri isə seçkilərin demokratik şəkildə keçirildiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR