Bank Of Baku

Moskvada 4 milyon dollar oğurlanıb

Moskvada 4 milyon dollar oğurlanıb
# 01 iyun 2009 11:39 (UTC +04:00)
Moskva - APA. Rusiya paytaxtında 4 milyon dollar oğurlayan cinayətkarlar axtarılır. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, ticarət mərkəzlərindən toplanan pul zirehli avtomobilin içində olub. İstintaqın əsas versiyasına əsasən avtomobil puldəyişmə məntəqəsinə gəldikdən sonra maşındakı mühafizəçilərdən biri içəri daxil olub, digər mühafizəçi isə maşını qaçırıb. Bir saat sonra avtomobil yaxınlıqdakı döngədə tapılıb, ancaq içindəki pulun aparıldığı müəyyənləşib. Milis oğruların yaxalanması üçün “Perexvat” adlı əməliyyata başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR