Bank Of Baku

Levon Ter-Petrosyan: “Bizə bu cür Avropa standartları lazım deyil”

Levon Ter-Petrosyan: “Bizə bu cür Avropa standartları lazım deyil”
# 02 iyun 2009 10:22 (UTC +04:00)
İrəvan – APA. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İrəvan meriyasına keçirilmiş seçkilərə müsbət qiymət vermiş avropalı müşahidəçiləri kəskin tənqid atəşinə tutub. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, L. Ter-Petrosyan iyunun 1-də İrəvanda təşkil olunan mitinqdə çıxışında bildirib ki, seçkilərin Avropa standartlarına uyğun keçirildiyini deyən Avropa Şurasının müşahidəçiləri ya özlərini, ya da erməni xalqını ələ salır. Milli Konqres liderinin fikrincə, Qərb dairələrinin Ermənistana cəmi 15 müşahidəçi göndərməsi onların bu seçkilərə qeyri-ciddi münasibətinin bariz göstəricisidir: “Rüşvət, yerli müşahidəçilərin döyülməsi və oğurlanması, insanların irəvanlıların əvəzinə səs verməsi üçün bölgələrdən paytaxta kütləvi şəkildə daşınması, seçkilərin nəticələrinin saxtalaşdırılması Avropa standartıdırsa, bunlar bizə lazım deyil. Qoy onlar bu standartı öz ölkələrində tətbiq etsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR