Bank Of Baku

Qazaxıstanda məşhur neftçi Baltabek Kuandıkovun “Xəzər şelfinin açarı” kitabının təqdimat mərasimini keçirib

Qazaxıstanda məşhur neftçi Baltabek Kuandıkovun “Xəzər şelfinin açarı” kitabının təqdimat mərasimini keçirib
# 03 iyun 2009 09:53 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Bu gün “KazMünayQaz” Milli Şirkəti Qazaxıstan neftinin 110 illiyi münasibəti ilə məşhur neftçi Baltabek Kuandıkovun “Xəzər şelfinin açarı” adlı kitabının təqdimat mərasimini keçirib. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, müəllif bu kitabı Xəzərin Qazaxıstan hissəsində dəniz dibinin mənimsənilməsinin 15 illiyinə həsr edib. Kitabın əhəmiyyətindən danışan Qazaxıstanın enerji və mineral resurslar naziri Sauat Minbayev bildirib ki, “Xəzər şelfinin açarı” Qazaxıstanın elmi və mədəni həyatı üçün böyük hadisədir. Kitabda Xəzər sahilində olan ölkələrdə neft çıxarılması, real hadisələr və görüşlər, Xəzəryanı dövlətlərin Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı olan görüşlərdə maraqlı məqamlar, sənədlər və şəkillər öz əksini tapıb. APA-nın Qazaxstandakı müxbirinə müsahibəsində müəllif Baltabek Kuandıkov 15 ildə ərsəyə gələn bu tarixi kitabı yazarkən bir neçə dəfə Heydər Əliyevlə görüşdüyünü və ilk dəfə bu ideyanın Bakıda Heydər Əliyev Qazaxıstandan olan neftçi nümayəndələri qəbul edərkən yarandığını deyib. Kitabın 14-cü hissəsində Azərbaycanın məşhur neftçiləri, Heydər Əliyevlə olan görüşlər zamanı çəkilən şəkillər və ölkəmizə həsr olunan məqalələr də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR