Bank Of Baku

Rusiya II dünya müharibəsinin başlanmasına görə Polşanı günahkar sayır

Rusiya II dünya müharibəsinin başlanmasına görə Polşanı günahkar sayır
# 04 iyun 2009 10:06 (UTC +04:00)
Moskva-APA. Rusiya Müdafiə Nazirliyinin saytında II dünya müharibəsinin başlanmasına görə Polşanın ittiham olunduğu müəllif yazısı yerləşdirilib. APA-nın məlumatına görə, “SSRİ-nin II dünya müharibəsindən əvvəl və müharibənin başlanğıcında rolunun dəyərləndirilməsinin saxtalaşdırılması” adlı məqalədə qeyd olunur ki, “müharibə tarixi öyrənə hər kəs bilir ki, II dünya müharibəsi Polşanın Almaniyanın tələbələrini rədd etməsi səbəbilə başlayıb”. Müəllif Hitlerin Polşa qarşısında irəli sürdüyü tələblər barədə az məlumat olduğunu vurğulayır: “Almaniyanın tələbləri kifayət qədər loyal idi – Dansiq şəhərinin Üçüncü Reyxin tərkibinə daxil edilməsi, Şərqi Prussiyanı Almaniyanın əsas hissəsi ilə birləşdirəcək şose və dəmiryollarının tikintisinə icazə verilməsi. Bu tələbləri əsassız adlandırmaq çətindir, çünki Versal sülh müqaviləsinə görə Almaniyadan alınmış Dansiq şəhərinin əhalisinin əksəriyyəti tarixi vətənlərinə qovuşmaq arzusunda olan almanlar idilər. Böyük dövlət arzusu ilə alışıb-yanan Polşa heç cür Almaniyanın kiçik tərəfdaşı rolu ilə razılaşmırdı”. Qeyd edək ki, mayın ortalarında Rusiya prezidenti Dmitri Mdvedyev “Rusiyanın maraqlarına zərbə vurulması məqsədilə tarixin saxtalaşdırılması cəhdlərinə qarşı mübarizə komissiyası”nın yaradılması barədə sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR