Bank Of Baku

Viktor Yanukoviç və Yuliya Timoşenko koalisiya yaratmağa hazırlaşır

Viktor Yanukoviç və Yuliya Timoşenko koalisiya yaratmağa hazırlaşır
# 04 iyun 2009 10:10 (UTC +04:00)
Kiyev – APA. Ukraynanın iki nəhəng siyasi güc mərkəzi – Regionlar Partiyası ilə “Yuliya Timoşenko” bloku arasında meqa koalisiyanın yaradılması ilə bağlı danışıqlar prosesi finalı mərhələsinə yaxınlaşıb. APA-nın məlumatına görə, bunu Ukraynada nəşr olunan “Delo” qəzeti yazıb. Qəzetin xəbərinə əsasən Viktor Yanukoviç və partiya rəhbərliyindəki digər şəxslər iyunun 3-də keçirilən qapalı toplantıda RP-nin parlament fraksiyasını bu barədə məlumatlandırıblar. Deputatların əksəriyyəti Yuliya Timoşenko ilə ittifaq yaradılmasını dəstəkləyiblər. Qeyri-rəsmi informasiyalara əsasən geniş koalisiyanın şərtlərindən biri prezidentin parlamentdə seçilməsi məsələsidir. Lakin RP üzvləri hələlik bu məsələdə konsensusa gələ bilməyiblər. Formalaşdırılacaq yeni hökumətdə iqtisadi sahənin “Yuliya Timoşenko” blokuna verilməsi şərti də RP daxilində etirazlara səbəb olub. Bundan başqa, RP-nin istefasını tələb etdiyi daxil işlər naziri Yuri Lutsenkonun vəzifədə qalıb-qalmayacağı da həllini tapmayıb. Müzakirələrin yekununda V. Yanukoviç deputatlara vəd edib ki, böyük müqavilənin imzalanmasından əvvəl onları bir daha toplayacaq və yekun qərar həmin toplantıda veriləcək. Hər ehtimala qarşı RP vilayətlərdəki seçki qərargahlarını aktivləşdirib. Əgər Yuliya Timoşenko ilə ittifaq alınmasa, V. Yanukoviç seçki kampaniyasına başlayacaq.
Qeyd edək ki, prezident Viktor Yuşşenko yaradılması gözlənilən Yanukoviç-Timoşenko ittifaqının həyata keçirəcəyi Konstitusiya islahatına qəti şəkildə qarşı çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR