Bank Of Baku

Ukraynanın müdafiə naziri istefaya göndərilib

Ukraynanın müdafiə naziri istefaya göndərilib
# 05 iyun 2009 13:20 (UTC +04:00)
Kiyev – APA. Ukrayna Ali Radası müdafiə naziri Yuri Yexanurovu istefaya göndərib. APA-nın Ukrayna saytlarına istinadən yaydığı məlumata görə, qərarın lehinə 363 deputat səs verib.
Qeyd edək ki, prezident Viktor Yuşşenkonun ən yaxın adamlarından biri olan sabiq baş nazir Y. Yexanurov 2007-ci ilin dekabrından müdafiə naziri vəzifəsində çalışırdı. Baş nazir Yuliya Timoşenko onu korrupsiyada ittiham etdikdən sonra parlamentdə nazirin istefası məsələsi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR