Bank Of Baku

Dağıstanın daxili işlər naziri snayper atəşi ilə öldürülüb

Dağıstanın daxili işlər naziri snayper atəşi ilə öldürülüb
# 05 iyun 2009 13:30 (UTC +04:00)
Mahaçqala – APA. Mahaçqalada qətlə yetirilən Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirov snayper atəşi ilə öldürülüb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə güc strukturlarından məlumat verilib. A. Məhəmmədtahirov ətrafındakı şəxslərlə birlikdə toy mərasiminin keçirildiyi “Mərakeş” şadlıq sarayından çıxarkən qarşıdakı 9 mərtəbəli binanın damında mövqe tutmuş snayperin atəşinə tuş gəlib. Moskva vaxtı ilə saat 13.00 radələrində baş verən hadisə zamanı gəlinin atası, Dağıstan DİN-in vergi cinayətləri ilə mübarizə idarəsinin rəisi Abdulcabbar Məhəmmədov və daha 3 nəfər yaralanıb. Nazir və ətrafındakılar xəstəxanaya çatdırılıb. Ancaq ürəyindən güllə yaraları almış A. Məhəmmədtahirovun həyatını xilas etmək mümkün olmayıb. Yaralıların vəziyyəti haqında hələlik məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR