Bank Of Baku

Bu gün qətlə yetirilən Dağıstanın daxili işlər naziri doğulduğu kənddə dəfn olunub

Bu gün qətlə yetirilən Dağıstanın daxili işlər naziri doğulduğu kənddə dəfn olunub
# 05 iyun 2009 17:06 (UTC +04:00)
Bakı - APA. Bu gün qətlə yetirilən Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirov doğulduğu Qunibsk rayonunun Qonoda kəndində dəfn olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, mərhum müsəlman qaydalarına uyğun olaraq gün batana qədər torpağa tapşırılıb.

O, Mahaçqaladan doğulduğu kəndə vertolyotla gətirilib. Baş vermiş faciə ilə əlaqədar rayonun yubileyi münasibətilə iyunun 6-na nəzərdə tutulan bayram tədbirləri təxirə salınıb.

Qeyd edək ki, A. Məhəmmədtahirov bu gün yerli vaxtla sat 13.05-də Mahaçqalada qətlə yetirilib. Snayperin atdığı güllə onun ürəyindən dəyib. Nazir əməliyyat stolunda keçinib. Onunla birlikdə daha 7 nəfər yaralanıb. Yaralılardan Dağıstan DİN-in arxa təminat İdarəsinin rəisi Aburazak Abakarov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb. Mahaçqalada təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisəni törədənlərin axtarışı davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR