Bank Of Baku

Denqa Xalidov: “Adilgəray Məhəmmədtahirov prezidentliyə namizədliyini irəli sürmək istədiyinə görə öldürülüb”

Denqa Xalidov: “Adilgəray Məhəmmədtahirov prezidentliyə namizədliyini irəli sürmək istədiyinə görə öldürülüb”
# 08 iyun 2009 08:29 (UTC +04:00)
Mahaçqala-APA. İyunun 5-də snayperin açdığı atəşdən dünyasını dəyişən Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirovun qətlinə onun 2010-cu ildə Dağıstanda keçiriləcək prezident seçkilərində namizəd olmaq istəyi səbəb ola bilər. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, Rusiya Qafqaz Xalqları Komitəsinin həmsədri Denqa Xalidov daxili işlər nazirinin prezident kürsüsü uğrunda sərt mübarizənin qurbanı ola biləcəyi ehtimalını irəli sürüb: “Bizdə olan məlumata görə, Adilgəray Məhəmmədtahirov öz namizədliyini irəli sürmək istəyirdi. Kifayət qədər sərt metodlardan istifadə etməsinə baxmayaraq, respublikada qayda-qanun yarada biləcək yeganə şəxs o idi. Qətlin xarakteri göstərir ki, sifarişi kifayət qədər qüdrətli şəxslər veriblər. Mən ad çəkmək istəmirəm, amma Adilgəray Məhəmmədtahirovun ölümünün kimə sərf elədiyi respublikada hər kəsə məlumdur”.

Dağıstan prezidenti Muxu Əliyev isə daxili işlər nazirinin aldadılaraq toya aparıldığın və orada qətlə yetirildiyini deyib. O, qətlin hüquq-mühafizə orqanlarındakı müəyyən şəxslər tərəfindən həyata keçirilə biləcəyini iddia edib. Bu versiya əvvəllər də səslənib, çünki qatillər nazirin iş və hərəkət qrafikinə yaxından bələd olublar.

Qeyd edək ki, Adilgəray Məhəmmədtahirov iyunun 5-də, DİN vergi cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi Əbdülcabbar Maqomedovun qızının toyundan çıxan zaman snayper tüfəngindən açılan atəşlə ağır yaralanıb. Xəstəxanaya çatdırılan Məhəmmədtahirov əməliyyat stolunda dünyasını dəyişib. Qətlin daxili işlər orqanlarının xüsusi təyinatlı qüvvələrinin təchiz olunduğu xüsusi səssiz snayper tüfəngindən açılan atəşlə həyata keçirildiyi dəqiqləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR